reklam
FIFA
Sportfm.az xəbər saytı

FIFA "Arsenal"ı cərimələdi -Transferə görə


FIFA İngiltərənin "Arsenal" klubunu 40 min İsveçrə frankı (təxminən 37.6 min avro) məbləğində cərimələyib. 

Sportfm.az xəbər verir ki, buna transfer zamanı qaydaların pozulması səbəb olub. Ali futbol qurumu London təmsilçisinə xəbərdarlıq da edib.  

Klub 2018-ci ildə Yunanıstan PAOK-una satdığı Çuba Ekpomun və İtaliya təmsilçisi "Frosinone"yə keçən Coel Kempbellin transferinə görə cəza alıb. 

"Arsenal"ın futbolçuları başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb. 

Oxşar xəbərlər

FIFA Seneqal Futbol Federasiyasını cərimələdi
FİFA AFFA-nı cərimələdi - 10 min manat
18 yaşlı futbolçuların transferində qanunsuzluqlar etdilər və cərimələndilər
FIFA “Çelsi”nın etirazını rədd etdi
FİFA Serbiyanı böyük məbləğdə cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər