reklam
FİFA AFFA-nı cərimələdi -
Sportfm.az xəbər saytı

FİFA AFFA-nı cərimələdi -10 min manat


FİFA-nın İntizam Komitəsi AFFA-nı cərimələyib.
Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi oyun zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub. 
Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5000 İsveçrə frankı (təqribən 9270 AZN) məbləğində ziyana salıb. 
Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandeslə şəkil çəkdiriblər. Matç bitəndən sonra da meydana çıxan azarkeşlər olmuşdu. 
FİFA-nın İntizam Komitəsi Serbiya Futbol İttifaqını da 35 000 İsveçrə frankı (64 880 AZN) məbləğində cərimələyib. Buna Serbiya millisinin evdə Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirdiyi seçmə mərhələ oyunlarında yerli azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsi səbəb olub. Serblər sentyabrın 4-də baş tutan matçda Lüksemburqu 4:1, oktyabrın 12-dəki qarşılaşmada isə Azərbaycanı 3:1 hesabı ilə məğlub ediblər.

Oxşar xəbərlər

FİFA -dan Serbiya, Ekvador və Meksikaya ağır cəza
Serblər Kosovo bayrağına görə cərimələndi - Qərar
Serbiya Futbol İttifaqı Azərbaycan görə cərimələndi - 35 000 min
FİFA Serbiyanı böyük məbləğdə cərimələdi
Azarkeşlər özlərini apara bilmədi, federasiyalar cərimələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər