reklam
Neymarın transferindən vaz keçdilər
Sportfm.az xəbər saytı

Neymarın transferindən vaz keçdilər


Braziliyalı hücumçu Neymar böyük ehtimalla 2019/2020 mövsümündən sonra "Pari Sen-Jermen"də çıxış etməkdə davam edəcək.
Sportfm.az xəbər verir ki, 28 yaşlı futbolçu "Barselona"ya qayıtmaq istəyir, ancaq kataloniyalıların rəhbərliyi bu yayda onu əldə etmək cəhdlərindən əl çəkib.
Məlumata görə, koronavirus pandemiyasına qədər "Barselona"nın futbolçunu transfer etmək şansı yaxşı olub. Amma hazırkı maliyyə itkiləri bunu praktiki olaraq qeyri-mümkün edib.
Daha əvvəl Neymarla maraqlanmış Madrid "Real"ı da həmçinin ən yaxın mövsümlərarası dövrdə braziliyalının əldə edilməsi imkanını nəzərdən keçirmir.
Neymarın PSJ ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Fransanın Liqasının hazırkı çempionları hücumçu ilə razılaşmanın müddətini uzatmaq istəyirlər.

Oxşar xəbərlər

Neymar “PSJ”də qalacaq - Müqavilə
"Barselona" Neymardan vaz keçdi
Transferdən vaz keçdilər - Neymar lazım olmadı
Neymar karyerasını “Barselona”da davam etdirmək istəmədiyini açıqladı
“Barsa”nın Neymara görə çıxış yolu - Messini aldadıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər