reklam
Sportfm.az xəbər saytı

"Şəhərlilər"in əsas hədəfləri -Transferlər


"Mançester Siti"nin yay transfer pəncərəsi üçün planları məlum olub.

Sportfm.az xəbər verir ki, baş məşqçi Pep Qvardiolaya komandanı yenidən qurmaq və gücləndirmək üçün 300 milyon funt-sterliq ayırmağı düşünür.

"Şəhərlilər"in əsas hədəfi mərkəz müdafiəçiləri almaqdır. Bu mövqeyə namizədlər arasında "Napoli"dən Kaludi Kulibali, "Sevilya"dan Dieqo Karlos və "İnter"dən Milan Şkrinyar, "Bavariya"dan David Alaba və "Bornmut"dan Natan Ake var.

Bundan əlavə Premyer Liqa klubu "Bavariya"ya transfer olunan Leroy Sanenin əvəzinə "Valensiya"dan Ferran Torresi almaq, eləcə də heyətinə  hücumameyilli yarımmüdafiəçi və hücumçu da qatmaq niyyətindədir. "Mançester Siti" "Bayern"dən Kay Havartzla maraqlansa  da, futbolçunun "Çelsi"yə keçməyə yaxın olduğu bildirilir.

Con Stons və Nikolas Otomendinin komandadakı gələcəyi isə sual altındadır.

Oxşar xəbərlər

Hər mövqe üzrə ən yaxşı futbolçular - SİYAHI
Torres "Mançester Siti"də - Transfer
İngiltərədə ilin transferi gerçəkləşir
“Mançester Siti” Sane ilə bağlı qərar verdi
Baş məşqçiyə 80 milyon funt sterlinq təklif edəcəklər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər