"Bu uğurların heç biri təsadüf deyil" -Uroş Matiç
"Qarabağ"ımız yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Sportfm.az xəbər verir ki, komandamız Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".
Oxşar xəbərlər
"Qarabağ" yeni transferini təqdim etdi - 2+1
Uroş Matiç məşhur şəkildən danışdı: "Bu, siyasi gediş idi"
"Mənə daha böyük diqqət göstərdilər" - "Qarabağ"ın yeni transferi
Matiç “Qarabağ”da - RƏSMİ
Medina "Qarabağ"a transferi barədə danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası