reklam
Sportfm.az xəbər saytı

"Mənə daha böyük diqqət göstərdilər" -"Qarabağ"ın yeni transferi


"Bu komandada olmaqdan məmnunam".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.

Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: "Qarabağ" transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər".

Klub barədə də danışan 30 yaşlı oyunçu "Qarabağ"ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib: "Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.

Oxşar xəbərlər

"Qarabağ"da ayrılıq - Uroş Matiçi göndərdi
"Qarabağ"ı cərimələmək ədalətli olmazdı" - Uroş Matiç
"Bu uğurların heç biri təsadüf deyil" - Uroş Matiç
Matiç “Qarabağ”da - RƏSMİ
Matiç "Qarabağ"da - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər