reklam
Əsgərov ilk oyununda qol vurdu -
Sportfm.az xəbər saytı

Əsgərov ilk oyununda qol vurdu -Latviya 1-ci liqası


Futbol üzrə Latviya 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Smiltene” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Vüqar da bu görüşün iştirakçısı olub. Bu komandaya bir neçə gün öncə transfer olunan futbolçu “Super Nova”dakı debüt matçında 90 dəqiqə meydanda olub. Əsgərov yeni komandasındakı ilk oyununda qol da vurub. 61-ci dəqiqədə sarı vərəqə alan futbolçu bundan 3 dəqiqə sonra rəqib qapısına yol tapıb.

4 oyuna 7 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Vüqar oynamadı, komandası məğlub oldu - Latviya çempionatı
Vüqar Əsgərovun komandası mərhələ keçdi - Adı iştirak ərizəsinə daxil edilmədi
Əsgərov 90 dəqiqə oynadı - “Super Nova” qələbə qazandı
Əsgərovun komandası qalib gəldi
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər