reklam
Sportfm.az xəbər saytı

"Əlimizdə olan pula görə büdcə formalaşdırılmalıdır” -“Qəbələ” rəsmisi


AFFA-nın “Qəbələ” klubuna 1 milyon 500 min manat maliyyə yardımı ayırdığını xəbər vermişdik.

Ayrılan vəsaitin klub üçün bir mövsümlük kifayət edəcəyi isə sual altındadır. Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Hacıyev açıqlamasında, ayrılan vəsaitin necə xərclənəcəyi və yetərli olub-olmamasıyla bağlı məsələlərin qarşıdakı günlərdə bilinəcəyini bildirdi:

“Vəsaitin kluba bir mövsüm üçün kömək edəcəyinə detallı şəkildə cavab verə bilməyəcəm. Çünki qərar yenicə qəbul olunub və ətraflı şəkildə hələ qarşıdakı günlərdə bilinəcək. Yəni bu dəqiqə konkret cavab verə bilməyəcəm. Sözsüz ki, əlimizdə olan ümumi illik büdcəyə görə addımlar atılacaq. Bu da bir, beş dəqiqə içərisində olunası bir şey deyil də. Əlimizdə olan pula görə büdcə formalaşdırılmalıdır və buna uyğun addımlar atılmalıdır”.

Klub rəsmisi, “Jalə” ilə olan sponsorluq müqaviləsinin davam etdiyini və buna baxmayaraq, yeni əməkdaşlar axtardıqlarını da dedi:

“Hələ konkret bir şey yoxdur. Sponsorlarla bağlı məsələ də yeni mövsümün startında bilinəcək. “Jalə” ilə müqavilənin müddəti davam edir, bununla yanaşı, yeni sponsor axtarışlarımız da davam edir. Hələ vaxta bir az var, hər şey detallı şəkildə qarşıdakı günlərdə məlum olacaq”. (Komanda.az)

 

Oxşar xəbərlər

Premyer Liqa oyunlarına azarkeşlər buraxılacaq? - AÇIQLAMA
AFFA Premyer Liqanın klublarına maliyyə yardımı ayırdı
AFFA "Qəbələ"yə nə qədər pul ayıracaq? - Detallar
"Qəbələ" yaşayacaqmı? - durum kritikdir
"Neftçi" hücumçusunu zorla heyətdə saxlamaq istəyir! - Məhkəmə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər