Güləşçilərimizin qatılacağı dünya çempionatı ləğv olundu
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin (İK) virtual iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib. COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabrda keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmə və gənclər arasında Avropa çempionatlarının ləğvini məqsədəuyğun sayıb.
Ötən ay açıqlanan təqvimə əsasən, 5 - 11 oktyabrda Polşada yeniyetmələrin, 19 - 25 oktyabrda isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.
UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".
Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək. Avropa və dünya çempionatlarında Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulurdu.
Oxşar xəbərlər
Dünya çempionatının vaxtı açıqlanacaq - Müzakirələr aparılır
Azərbaycan Avropa çempionatı üçün namizədliyini irəli sürdü
DÇ ilə bağlı qərar yenə verilmədi
Çempionatların təqvimi açıqlandı
Dünya güləşinin taleyinə aydınlıq gəldi - Yeni qərarlar verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub















Misli Premyer Liqası