reklam
Bakı
Sportfm.az xəbər saytı

Bakı "İnter"inin sabiq futbolçusu torpağa tapşırıldı -FOTO


"Şapokoense” klubunun futbolçularının uğradığı təyyarə qəzasında dünyasını dəyişən Filipe Maçado son mənzilə yola salınıb. 
Sportfm.az  xəbər verir ki, Bakı "İnter”inin sabiq müdafiəçisinin cənazəsi dəfn mərasimindən öncə "Qremio Arena”ya aparılıb.
Stadiona toplaşan yüzlərlə insan Maçado ilə vidalaşıblar. Mərasimə Filipenin dostları xüsusi forma ilə gəliblər. Belə ki, onlar Maçadonun doğum tarixini (1984-cü il) əks etdirən 84 nömrəli formanı geyiniblər.
Qeyd edək ki, Filipe Maçado 2010-2011 mövsümündə "İnter”in formasını geyinib.

Oxşar xəbərlər

Şəhriyar Rəhimov dəfn olundu - FOTO
Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 34 yaşında
“Səbail”in futbolçusu üçün yaddaqalan tur
Premyer Liqanın V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
FİFA bütün çempionatlarda sükut elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər