İddiaçılar Turniri bərpa olunur -Yekaterinburqda
Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski TASS-a açıqlama verib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə daimi əlaqədə olduğunu deyən Simanovski ona turnirin noyabrın 11-dək davam edəcəyi barədə məktubun gəldiyini diqqətə çatdırıb. O, yarışın şahmatçılar üçün epidemioloji situasiyanın sabitliyi şərti ilə keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub.
Oxşar xəbərlər
İddiaçılar turnirinin bərpa vaxtı dəqiqləşdi
İddiaçılar turniri yarımçıq dayandırıldı
İddiaçılar turniri başa çatacaqmı? - Qrişuk inanmır
İddiaçılar Turniri azarkeşsiz keçiriləcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası