İddiaçılar turnirinin bərpa vaxtı dəqiqləşdi
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir noyabrın 1-də davam etdiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb. Məlumatda bildirilib ki, Tbilisi yarışların təşkili üçün ehtiyat şəhər kimi seçilib.
Bundan əvvəl Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski turnirin oktyabrın 28-də davam edəcəyi ilə bağlı məlumat vermişdi.
İddiaçılar turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.
Oxşar xəbərlər
İddiaçılar Turniri bərpa olunur - Yekaterinburqda
İddiaçılar turniri yarımçıq dayandırıldı
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turniri azarkeşsiz keçiriləcək
İlk qələbəsini azərbaycanlı üzərində qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası