Ramin Musayev yenidən PFL prezidenti oldu
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna növbəti seçki keçirilib.
Sportfm.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qarabağ”ı direktor Emrah Çelikel, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər.
“Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.
Nəticələrə əsasən, Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.
Oxşar xəbərlər
Rövnəq Abdullayevin ən yaxın adamı getdi
Musayev erası bitdi, Səmədov erası başlayır
AFFA klublarla iclas keçirdi - Videokonfrans formatında
PFL prezidenti seçkisinin vaxtı bilindi - Musayev yenidən namizəd oldu
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Premyer Liqasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası