Yığmamız Slovakiyaya uduzdu -2:1
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportfm.az xəbər v erir ki, Milan Obradoviçin baş məşqçilik etdiyi komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib.
"Nitra" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
61-ci dəqiqədə Slovakiyanın heyətində Lubomir Tupta hesabı açıb, 66-cı dəqiqədə isə Mert Çelik bərabərlik qolunu vurub. İvan Mesik 90+4-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.
Beləliklə, 8 oyundan sonra 6 xalı olan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 9 xal toplaya bilib.
2-ci qrupun digər matçında Fransa Lixtenşteyni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Slovakiyaya uduzdu - Yoxlama oyunu
Sonuncu görüşdə məğlub olduq
Millimiz böyük hesabla uduzdu
Millimizdən növbəti məğlubiyyət - Avropa çempionatı
Yığmamız bu gün Slovakiya ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası