reklam
Sportfm.az xəbər saytı

"Vilyarreal"ın daha bir futbolçusu "Qarabağ"la matçı buraxacaq -Əzələsi zədələnib


"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ının daha bir futbolçusu zədələnib.

Sportfm.az xəbər verir ki, komandanın təcrübəli oyunçularından Dani Parexo sıradan çıxıb.

31 yaşlı yarımmüdafiəçi La Liqanın VI turunda "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdikləri matçda əzələ zədəsi ilə üzləşib. 

Qeyd edək ki, daha əvvəl "Vilyarreal"da Pervis Estupinyan və Jerar Moreno zədələnib, koronavirusa yoluxan Sofian Çakla isə müalicə alır. Moreno ilə Estupinyanın səfərdə "Qarabağ"la matçda iştirak etməyəcəyi dəqiqdir.

Ağdam təmsilçisi "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gələcək. 

Oxşar xəbərlər

Həftənin rəmzi komandası - Avropa Liqası
“Qarabağ”ın rəqibində itki - Daha bir futbolçu
"Vilyarreal"ın futbolçusu pasportunu tapdı - Sosial şəbəkdə
"Qarabağ"ın rəqibi gücləndi - Transfer
"Qarabağ"ın oyunlarının təqvimi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər