"Vilyarreal"ın futbolçusu pasportunu tapdı -Sosial şəbəkdə
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniya "Vilyarreal"ının futbolçusu Pervis Estupinyan pasportunu tapıb.
Sportfm.az xəbər verir ki, bu barədə millinin oyunu üçün ölkəsinə yollanan ekvadorlu müdafiəçi tvitter səhifəsində yazıb. 22 yaşlı oyunçunun sözlərinə görə, bu işdə ona azarkeşlər kömək edib.
Estupinyan daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ölkəsindən İspaniyaya qayıması üçün lazımi sənədin tapılmasında yardım istəyib. O, paylaşımın altında əlaqə nömrəsi qoyub.
Bu gün isə pasportu tapan azarkeşlə şəklini paylaşan futbolçu ona təşəkkür edib.
Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsinin son oyununda evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
“Olimpiakos”da ayrılıq
UEFA "Qarabağ"la bağlı yeni paylaşım etdi - FOTO
"Sivasspor"un baş məşqçisi karantinə alındı - Koronavirusa görə
"Vilyarreal"ın daha bir futbolçusu "Qarabağ"la matçı buraxacaq - Əzələsi zədələnib
"Qarabağ"ın rəqibi gücləndi - Transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası