Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Alman mütəxəssisdən ölkəmizə dəstək -"Qarabağ Azərbaycandır”
FFA-nın sabiq texniki direktoru, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi, alman mütəxəssis Bernhard Lippert erməni təcavüzü ilə üzləşmiş ölkəmizə dəstəyini ifadə edib.
Sportfm.az xəbər verir ki, hazırda Qana Futbol Federasiyasında texniki direktor vəzifəsində çalışan Lippert videomüraciət yazıb.
"Mənim adım Bernhard Lippertdir. Mən 12 il Azərbaycanda çalışmışam. Çox gözəl ölkə, mədəniyyət və insanlar. Özünə münasibətdə həmişə yalnız hörmət və istilik hiss etmişəm. Azərbaycan mənim üçün ikinci ev oldu, ona görə də bu ağır vəziyyətdə Azərbaycanı dəstəkləmək istərdim.
Hamımız bilirik ki, müharibə məğlubiyyətsiz və itkisiz ola bilməz. Amma mülki əhalinin, uşaqların qətlə yetirilməsi terror hadisəsidir. Hamıya məlumdur ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri də bundan xəbər verir. Amma indi dünya sadəcə müşahidə edir. Bir daha demək istərdim: Qarabağ Azərbaycandır”, - o deyib.
Oxşar xəbərlər
AFFA-nın keçmiş texniki direktoru Qanada - 2 illik müqavilə
AFFA-dan ayrılan mütəxəssis Qanada
Axır ki, Lippert yola salındı - Onu Həsənzadə əvəz edəcək
Məşqçilərə diplomlar təqdim olundu - FOTO
Almaniyalı mütəxəssis azərbaycanlı məşqçi ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası