reklam
UEFA-dan FİFA-ya təklif -
Sportfm.az xəbər saytı

UEFA-dan FİFA-ya təklif -"Qaydalar yenidən nəzərdən keçirilməlidir"


UEFA FİFA-nı topa əllə toxunuş halları ilə bağlı qərarları yenidən nəzərdən keçirməyə dəvət edib.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin danışıb. O, topa təsadüfən əllə toxunduqda, həmin futbolçunun cəzalanmamalı olduğunu deyib:

“Topla rəftarın pozulması halları üzərində dayanmaq bir çox səhv qərarlar verilməsi ilə nəticələnib. Bunlar da futbol ictimaiyyəti tərəfindən məyusluqla qarşılanır. Oyun ruhu həmişə saxlanılmalıdır. Fikrimcə, topa əllə toxunduqdan sonra vurulan qolun qeydə alınmaması şərti ilə mümkün düzəlişlərdən yararlanmaq olar.

Çox vaxt top təsadüfən ələ dəyir. Bu hallar qaçılmazdır. Ona görə də matçın tempinin düşməməsi üçün və nəticəyə təsir etməməsi üçün belə vəziyyətlərdə cəza verilməməlidir. Qaydalar yenidən nəzərdən keçirilməlidir”.

Oxşar xəbərlər

Çeferin yenidən UEFA prezidenti oldu
Çeferin yenidən UEFA prezidenti olacaq
Futbolda yeni qaydalar - İFAB qəbul etdi
“VAR-a görə çox vaxt gedir” - Aleksandr Çeferin
Topa əllə toxunmaq "təbii hərəkət" olacaq - FİFA qərar verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər