reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" liderdi -Azərbaycan Premyer Liqası


Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matça qədər komandalar bərabər xala malik olsalar da, "Qarabağ" qalib gələrək, turnir cədvəlinin vahid liderinə çevrilib.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr
 
16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1
Qollar:
 Donald Gerye, 28, Abdullah Zubir, 34, Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Bakı. "Azersun Arena"

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

Oxşar xəbərlər

"Qarabağ" - "Qəbələ" oyununun hakimləri - Misli Premyer Liqası
Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR
"Sumqayıt" "Keşlə"ni məğlub etdi - Premyer Liqa
"Neftçi" belə uduzdu - VİDEO
"Keşlə" "Neftçi"ni "büdrətdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər