"Sivasspor"un əsas oyunçuları "Qarabağ"a qarşı oynamayacaq -Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"unda koronavirusa yoluxmuş futbolçulardan üçünün adı məlum olub.
Sportfm.az xəbər verir ki, bunlar Faysal Facr, Mustafa Yatabare və Olarenvayu Kayodedir. Onların hər üçü əsas heyət üzvüdür.
Komandanın avrokuboklardakı ən sərrast hücumçusu olan Kayode qrup mərhələsində 6 qoldan üçünün müəllifidir. Yatabare isə geridə qalan matçlarda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Aktivində cəmi 1 qol pası olan Facr baş məşqçi Rıza Çalımbayın ən çox güvəndiyi oyunçulardan biridir.
Sivas təmsilçisində hazırda koronavirusa yoluxmuş 7 futbolçu var.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Oxşar xəbərlər
"Sivasspor"da daha 3 nəfərdə yoluxma - Matç öncəsi
"Qarabağ" - "Sivasspor" matçının hakimləri açıqlandı
"Bizim üçün final oyunudur" - Rıza Çalımbay
"Sivasspor"da yenə koronavirus aşkarlandı
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası