“Real”dan antirekord -Çempionlar Liqasında
“Real” Çempionlar Liqasında özünün yeni antirekordunu müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, “kral klubu” buna “Şaxtyor”a 0:2 hesabı ilə uduzmaqla imza atıb. Madrid təmsilçisi qrup mərhələsinin 5 turundan sonra qapısında ümumilikdə 9 top görüb. Bu isə Madrid təmsilçisi üçün ilkdir.
1-ci turda “Şaxtyor”a 2:3 hesabı ilə məğlub olan “Real” 2-ci turda “Borussiya” (Monhenqladbax) ilə 2:2 hesablı heç-heçəyə razılaşıb. Zidanın kollektivi 3-cü turda “İnter”i məğlub edib - 3:2. Komanda 4-cü turda isə Milan klubuna 2:0 hesabı ilə qalib gəlib. Bu, “Real”ın Çempionlar Liqasının 2020/2021-ci illər mövsümündə qol buraxmadığı yeganə matçdır.
Qeyd edək ki, 8 xalla “Borussiya”nın liderlik etdiyi B qrupunda “Şaxtyor” 7 xalla 2-ci, eyni xalı olan “Real” 3-cü, “İnter” isə 5 xalla sonuncudur.
Oxşar xəbərlər
Zidan Madrid klubunun tarixinə düşdü
"Real" böyükhesablı qələbə qazandı
İtaliya klubundan tarixi uğur
Madrid klubu böyük hesabla məğlub oldu
"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası