reklam
Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri -
Sportfm.az xəbər saytı

Erməni işğalı vaxtı dağıdılmış idman obyektləri -SİYAHI


Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Sportfm.az xəbər verir ki, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu və ayrı-ayrı kəndlərdə 146 idman meydançası dağıdılıb.

Həmin qurğular bunlardır:

Zəngilan: Səməd Vurğun adına şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları - 13 ədəd.

Ağdam: "İmarət" stadionu, "İdman şəhərciyi" İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları - 26 ədəd, kənd voleybol meydançaları - 26 ədəd.

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası - 3 ədəd, kənd futbol meydançaları - 19 ədəd.

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları - 14 ədəd.

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, "Qarabağ" Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları - 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları - 28 ədəd, kənd voleybol meydançaları - 15 ədəd.

Məmmədova bildirib ki, bu obyektlər erməni vəhşiliyinin qurbanı olub: "Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq".

Oxşar xəbərlər

Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI
"Neftçi"nin idmançıları qızıl medal qazandı
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
Bakı Kubokuna start verildi - Cüdo üzrə
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər