reklam
Premyer Liqa klubu
Sportfm.az xəbər saytı

Premyer Liqa klubu "rüşvətxor"la anlaşdı


Bu il korrupsiya əməllərinə görə İngiltərə millisindən kənarlaşdırılan Sem Ellardays özünə yeni iş yeri tapıb.
 
Sportfm.az xəbər verir ki, 62 yaşlı mütəxəssis İngiltərə Premyer Liqa təmsilçisi "Kristal Pelas”la anlaşıb. Bu barədə xəbəri paytaxt klubu yayıb.
 
Müqavilənin detalları barədə heç bir məlumat verilməsə də, yerli mətbuatda Ellardaysın "qartallar”la 2,5 illik müqavilə bağladığı deyilir.
 
Xatırladaq ki, Ellerdays transfer hüquqları üçüncü şəxslərdə olan futbolçuların İngiltərəyə transferi üçün vasitəçilik edib və bu işdən 400 min funt sterlinq qazanıb. İddiaya görə, o, millinin baş məşqçisi olmaq haqqından sui-istifadə edərək, bəzi şəxslərə qeyri-qanuni olan transfer yolunu qanuni hala gətirməyin yollarını başa salır və buna görə rüşvət alırmış.

Oxşar xəbərlər

Yığmanın üzvü Liqa 1 klubunda
Premyer Liqa klubunda rekord transfer
Premyer Liqa klubu yeni baş məşqçi ilə anlaşdı
İngiltərə millisinin yeni baş məşqçisi rəsmiləşdi
İngiltərə millisinin baş məşqçisi qovulur - korrupsiya qalmaqalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər