Millimizin baş məşqçisi seçimində yanıldı -Ermosonu ən yaxşı hesab etdi
Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və komandanın kapitanı Aysun Əliyeva “The Best” mükafatı üçün seçimlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı mütəxəssis İspaniya "Barselona"sında çıxış edən Cennifer Ermosonu ən yaxşı qadın futbolçu hesab edib.
Əsgərov İngiltərənin "Çelsi" komandasından Emma Heysi ən yaxşı baş məşqçi adına layiq görüb.
Aysun Əliyeva da Siyəsət Əsgərovun səs verdiyi şəxsləri seçib.
Qeyd edək ki, FIFA-nın keçirdiyi səsvermədə yekun "3-lüy"ə qadın futbolçulardan Lüsi Brounz ("İngiltərə, "Mançester Yunayted"), Pernilla Harder (Danimarka, "Çelsi") və Vendi Renar (Fransa, "Lion"), ən yaxşı baş məşqçilərdən isə Emma Heys (İngiltərə "Çelsi"), Jan-Lük Vasser (Fransa, "Lion") və Zarina Viqmanı (Hollandiya millisi) düşüb. Bu isə Azərbaycan yığmasının baş məşqçi və kapitanının ən yaxşı futbolçu seçiminin yanlışlığı anlamına gəlir.
"The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək. (report)
Oxşar xəbərlər
"The Best" mükafatı sahiblərinə qovuşacaq - FIFA
Ən yaxşı qapıçılar - Namizədlər
Ən yaxşı baş məşqçi adına namizədlər - FIFA
Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün kimlər səs verdi?
Ronaldo, Messi, Salah... - İlin futbolçusu adına namizədlər məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası