Maradonanı təhqir edən KİV-lər məhkəməyə verildi
Argentina millisinin sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın kiçik qardaşı Uqo Maradona İtaliyanın bir neçə kütləvi informasiya vasitəsini (KİV) Neapol məhkəməsinə verib.
Sportfm.az xəbər verir ki, o, mərhum qardaşına qarşı təhqir və böhtanın artmasını əsas gətirərək, 100 000 avro məbləğində təzminat tələb edir.
U.Maradona bəzi KİV-ləri veteran hücumçunu gombul və oğru adlandırmaqda günahlandırıb: "Kiməsə bu adı qoymaq onun fiziki qüsurlu olmasına sataşmaqdır. Maradona nə oğru, nə də vergidən yayınan olub. Məhkəmənin bununla bağlı qərarı var. Onun vəkili olmuşam və nə dediyimi yaxşı bilirəm".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.
Oxşar xəbərlər
Maradonanın qardaşı dünyasını dəyişdi - 52 yaşında
Maradonanın xatirəsinə yoldaşlıq matçı keçiriləcək - İtaliya - Argentina
Maradonanın adı stadionuna verildi - RƏSMİ
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Maradona qızlarını məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası