reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi -Avropa Liqası


UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionuna texniki məğlubiyyət verilib.

Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.

Oxşar xəbərlər

"Tottenhem"ə texniki məğlubiyyət verildi - UEFA
Qaydanı ən çox pozan oyunçular açıqlandı - "Qarabağ"ın üzvü də var
Ukrayna millisinə texniki məğlubiyyət verildi - Millətlər Liqası
İki kluba texniki məğlubiyyət verildi - Çempionlar Liqası və Avropa Liqası
UEFA texniki məğlubiyyət verdi - Koronavirusa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər