Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AZAL-da seleksiya məşqləri
AZAL-ın əsas komandasının üzvləri qış fasiləsi səbəbindən istirahətə buraxılsa da, baş məşqçi Tərlan Əhmədov iş başındadır.
Sportfm.az xəbər verir ki, dünəndən etibarən uşaq futbol komandalarının heyətlərini komplektləşdirmək və yeni istedadları tapmaq üçün seleksiya fəaliyyətinə rəhbərlik edən Əhmədov dekabrın 29-dək məşqlərə çıxacaq.
Klub rəhbərliyinin qərarı ilə həm də uşaq futbol məşqçilərinin işinə ümumi nəzarəti həyata keçirən gənc mütəxəssis bütün məşqçiləri seçim prosesinə cəlb edib. Təsadüfi deyil, seleksiya məşqlərinə 50-dən çox futbolçu qatılıb. Dekabrın 27 və 28-də müxtəlif yaş qrupunda olan komandaların iştirakı ilə keçiriləcək yoxlama oyunlarından sonra baxışa çagrılan yeniyetmələr haqda qərar veriləcək. Sınaqdan ugurla keçən futbolçular AZAL-ın uşaq futbol komandalarının heyətinə cəlb olunacaq.
Oxşar xəbərlər
SOS - Elit məşqlər niyə keçirilmir?
Seleksiya xarakterli oyunlar keçiriləcək - AFFA
Seleksiya xarakterli oyun keçirildi - FOTO
Tərlan Əhmədov AZAL-dan getdi
"İnter" seleksiya xarakterli məşqlərə dəvət edir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)



Misli Premyer Liqası