Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
SOS -Elit məşqlər niyə keçirilmir?
Demək illərdi ölkədə uşaq futbolunda olan problemlərindən bəhs edirik, bildiririk ki, bu sahə düzəlməsə, təməl düzgün qoyulmasa, özül möhkəm olmasa ölkədə futbol inkişaf edən deyil, millilərimiz həmişə biabırçı nəticələrlə yadda qalacaqlar. Amma yenədə bu istiqamətdə ciddi irəliləyiş yoxdu, iş görülmür. Yerimizdə sayırıq. Biz ancaq deyirik. İş görmürük.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın təşkil etdiyi elit-məşqlər uşaq futboluna töhfə verən layihələrdən biridir. Ancaq təəssüflə qeyd etməliyəm ki, ötən mövsüm bu proekt intensiv şəkildə tətbiq edilsə də, bu il uşaq liqalarında mövsümün yarısına yaxınlaşsaq da, hələ də əsas mübarizənin getdiyi Bakı zonasında elit-məşqlər təşkil edilmir. Federasiya bununla bağlı bir açıqlama da vermir. Halbuki qurumun illik hesabatında bu layihə üçün yetərincə maliyyə ayrıldığını görürük. Yaxşı bəs nə olacaq bu balaların sonu?! Bu il 2010-cu il təvəllüdlü uşaqlardan(U-15)yığması formalaşdırılacaq. Elit-məşqlər yoxdur, kimin nəyə qadir olduğu bəlli deyil, yığmaya kimləri cəlb edəcəklər?! Yəqinki problemin miqyasını anladız!!! Yenə seçimsiz falan hər klub, məşqçi öz uşağını yığmaya dürtüşdürəcək, tapşırıqla, zənglə yığmaya götürəcəklər. İstedadlı balalar, potensiallı kasıb övladları da kənarda qalacaq. Elit-məşqlər olanda isə ora seleksiya nəticəsində oyunları izləyən məşqçilər tərəfindən istisnasız ən yaxşılar cəlb edilirdi. Budur bax bizim futbolumuzu məhv edən. Axı hər şeydən altdan başlayır. Vallah canım yanır, ürəyim ağrıyır, gözümüzün qabağında yüzlərlə istedadlı uşaq məhv olub gedir…
Araz Əhmədov

Oxşar xəbərlər
AFFA-nın 15 manatlıq "top oyunu" - MƏHV EDİLƏN GƏLƏCƏK
"İnkişaf" dedikləri budur? Azərbaycanda 3 komanda dağılır... FACİƏ
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
AZAL-da seleksiya məşqləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası