reklam
İlin ilk yarısı üçün təqvim açıqlandı -
Sportfm.az xəbər saytı

İlin ilk yarısı üçün təqvim açıqlandı -Beynəlxalq Cüdo Federasiyası


Bu ilin ilk 6 ayı ərzində cüdo üzrə keçiriləcək beynəlxalq yarışların təqvimi açıqlanıb.

Sportfm.az xəbər verir ki, yarış mövsümü yanvar 11-dən 13-dək “World Masters” turnirinin baş tutacağı Dohada (Qətər) başlayacaq. Növbəti yarış fevralın 18-20-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Böyük dəbilqə” turniri olacaq.

Martda daha iki “Böyük dəbilqə” yarışı keçiriləcək. Belə ki, bu turnirlər martın 5-7-də Daşkənddə, 26-28-də Tbilisidə təşkil ediləcək. Mayın 8-9-da isə cüdoçular Parisdə “Böyük dəbilqə” yarışında mübarizə aparacaqlar. İlin ilk yarısının son yarışı iyunun 6-13-də Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.

Oxşar xəbərlər

Bakıdakı “Böyük Dəbilqə”nin tarixi bilindi
"Böyük Dəbilqə"nin vaxtı açıqlandı
2021-ci ilin yarış təqviminə dəyişikliklər edildi - Dünya Güləş Birliyi
“World Masters” turniri Çində keçiriləcək
2018-ci ildə “Böyük dəbilqə” yarışları Düsseldorfa həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər