reklam
Sportfm.az xəbər saytı

"Böyük Dəbilqə"nin vaxtı açıqlandı


Beynəlxalq Cüdo Federasiyası 2022-ci ildə keçiriləcək yarışların təqvimini açıqlayıb 

Sportfm.az xəbər verir ki, ilin ilk turnirinə Portuqaliya ev sahibliyi edəcək. Ölkənin Odivelaş şəhərində 28-30 yanvar tarixlərində Qran-Pri yarışı təşkil olunacaq.

Bakıdakı ənənəvi "Böyük Dəbilqə" turniri isə 4-6 noyabrda baş tutacaq.

Ümumilikdə təqvimdə 10 "Böyük Dəbilqə", 2 Qran Pri, 1 "Masters" yarışı yer alıb.

Avropa çempionatı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Dünya çempionatı isə avqustun 7-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"yə 2013-cü ildən ev sahibliyi edir. Əvvəlki iki ildə isə paytaxtımızda Qran-Pri yarışı keçirilib.

Oxşar xəbərlər

Bakıdakı “Böyük Dəbilqə”nin tarixi bilindi
Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu
Bakıda Böyük Dəbilqə keçirilməyəcək - Səbəb açıqlandı
İlin ilk yarısı üçün təqvim açıqlandı - Beynəlxalq Cüdo Federasiyası
2018-ci ildə “Böyük dəbilqə” yarışları Düsseldorfa həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər