reklam
Ən çox oyun keçirən qapıçılar açıqlandı -
Sportfm.az xəbər saytı

Ən çox oyun keçirən qapıçılar açıqlandı -Azərbaycan çempionatı


Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir.

Sportfm.az xəbər verir ki, qolkiper 282 matça çıxıb. İkinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır.

Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qapıçının rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.

Ən çox oyun keçirən 20 qapıçı:

1. Fərhad Vəliyev - 282

2. Rauf Mehdiyev - 271

3. Cahangir Həsənzadə - 268

4. Anar Nəzirov - 250

5. Nizami Sadıqov - 247

6. Kamran Ağayev - 229

7. Hüseyn Məhəmmədov - 227

8. Nadir Şükürov - 219

9. Elxan Həsənov - 203

10. Elşən Poladov - 200

11. Faiq Əzizov - 196

12. Səlahət Ağayev - 192

13. Camaləddin Əliyev - 173

14. Vitali Kovalyov - 173

15. Davud Kərimi - 162

16. Rauf Salamov - 156

17. Saşa Stamenkoviç - 150

18. Vladimir Kopeykin - 149

19. Kamal Bayramov - 146

20. Rövşən Əliyev - 138

Oxşar xəbərlər

Kamran Ağayev milli üçün çalışacaq - AFFA-nın təklifini qəbul etdi
Səlahət Ağayev "200"ə çatdı - Premyer Liqa
"Sabah"da yeni müqavilə - RƏSMİ
Əhmədlidən ilk, rekordçu Bezotosnı
"Sabah"ın qapıçısı 40-a çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər