İlk yarımfinaçılar müəyyənləşir -Azərbaycan Kuboku
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Günün digər matçında "Səbail" Bakıda "Sumqayıt"la üz-üzə gələcək.
Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
Cavab oyunları
15:00. “Qəbələ” – “Qarabağ”
İlk oyun - 1:3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
18:00. “Səbail” – “Sumqayıt”
İlk oyun - 1:0.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.
Oxşar xəbərlər
1/4 final mərhələsi - Təyinatlar
Növbəti turun təyinatları açıqlandı - Azərbaycan Premyer Liqası
“Qarabağ” “Keşlə” səfərində - Azərbaycan Kuboku
"Qəbələ" - "Qarabağ" matçını FIFA referisi idarə edəcək - Azərbaycan Kuboku
"Qəbələ" - "Neftçi" matçı FIFA referisinə tapşırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası