reklam
Tovuz akademiyasında ilk toplanış -
Sportfm.az xəbər saytı

Tovuz akademiyasında ilk toplanış -11 gün davam edəcək


18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 9-da təlim-məşq toplanışına başlayacaq.

Sportfm.az xəbər verir ki, 11 gün davam edəcək hazırlıq prosesi Tovzudakı “Turan Tovuz” Futbol Akademiyasında gerçəkləşəcək.

Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti koronavirus testindən keçəcək.

Baş məşqçi Miloş Velebitin hazırlıq prosesinə dəvət etdiyi 26 futbolçudan biri Kamal Kazımov legionerdir. O, Türkiyə "Kasımpaşa"sının üzvüdür.

Şəhid İlqar Bürcəliyevin qardaşı, "Zirə"nin futbolçusu Tamerlan Bürcəliyev də dəvətlilər sırasındadır.

 

AD / SOYAD
KLUB
Elgün Bayramov - Səbail
Kamran Şəbiyev - Sabah
Rza Cəfərov - Neftçi
Uğur İbrahimov - Zirə
Rəşad Həsənov - Keşlə
Raqif Abuşov - Sabah
Sərvin İsmayılov - Sumqayıt
Nihad Həsənzadə - Keşlə
Mirəli Əhmədov - Neftçi
Rəhim Cəfərli - Zirə
Elşən Məmmədov - Zirə
Məhəmməd Tağıyev - Keşlə
Mahmud Ağayev - Zirə
Aşqın Abazərov - Neftçi
Rüstəm Hümbətov - Sumqayıt
Musa Musazadə - Qarabağ
Vüsal Əliyev - Zirə
Vüsal Qənbərov - Keşlə
Xəyal Əliyev - Səbail
Tamerlan Burcəliyev - Zirə
Kamal Kazımov - Kasımpaşa (Türkiyə)
Məhəmməd Səfərov - Zirə
Mirmövsüm Canıyev - Qarabağ
Əşrəf Zeynallı - Sabah
Ümüd Həmzəyev - Zirə
Nəriman Axundzadə - Qarabağ

 

Qeyd edək ki, "Turan Tovuz" Futbol Akaemidiyasının açılışı yanvarın 16-da olub.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - SİYAHI
“Beşiktaş”ın 2 futbolçusu yığmamızda - SİYAHI
“Kasımpaşa”nın futbolçusu millimizdə - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
"Beşiktaş"ın futbolçusu millimizin heyətində - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər