Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Australian Open” turnirinə azarkeş buraxılmayacaq
Avstraliyanın Viktoriya ştatında keçirilən açıq tennis turniri (“Australian Open”) sərt karantin tədbirləri səbəbindən dayandırılmayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, görüşlər tamaşaçısız keçiriləcək.
Avstraliyanın Viktoriya əyalətinin səlahiyyətli nümayəndələri bölgənin inzibati mərkəzi Melburnda koronavirus infeksiyasına görə beş günlük karantin tətbiq olunduğunu elan ediblər (13-18 fevral). Turnirin oyunları bu şəhərdə keçirilir.
Beş günlük karantin rejimindən əvvəl turnirdə məhdud sayda tamaşaçının iştirakına icazə verilmişdi.
“Australian Open” fevralın 21-də başa çatacaq.
Oxşar xəbərlər
61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
“Australian Open” turniri tamaşaçılarla keçiriləcək - 8000 yaxın
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Yaponiyalı idmançı “Australian Open-2019” turnirinin qalibi oldu
Cokoviç dörddəbir finala vəsiqə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası