Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail"in rəqibləri müəyyənləşdi
İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündür start verən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri məlumdur.
Sportfm.az xəbər verir ki, yanvarın 10-da MOİK-lə qarşılaşacaq "aslanlar" yanvarın 12-də "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək. Hər iki oyun "Bayıl Arena"da keçiriləcək.
Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək komanda Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Sınaqçı rəqiblərdən ikisinin adı artıq məlumdur.
Yanvarın 19-da "Səbail"in ilk rəqibi "Kyran" (Qazaxıstan) komandası olacaq. Yanvarın 26-da isə komanda gücünü Macarıstan "Szeged"i ilə sınayacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki, dəqiqləşməyib.
"Səbail" transfer çalışmalarını da davam etdirir. Komandaya qoşulacaq yeni oyunçuların adları Antalya toplanışından əvvəl ictimaiyyətə açıqlanacaq.
Oxşar xəbərlər
"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq
"Səbail"in rəqibləri müəyyənləşdi
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq
"Zirə" Antalyaya gedir
Birinci Divizion klubu Antalyaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası