Azərbaycan futzalında yeni ad -Xilə FK
Azərbaycanda yeni futzal klubu fəaliyyətə başlayıb.
Sportfm.az xəbər verir ki, Xilə FK 29 mart 2018-ci ildə yaradılıb.
Əvvəlcədən müəyyən edilmişdir ki, ilkin olaraq Xilə futbol komandasının fəaliyyəti futbol klubu kimi U-15 komandaları arasında keçirilən Azərbaycan futbol çempionatında iştirak etsin. Lakin 2020-ci ildən klub futzala öz inkişaf yolunu salmaqı planlaşdırdı və Azərbaycanın Futzal üzrə yüksək liqasında əsas komanda ilə, Azərbaycanın futzal üzrə birinci liqasında isə əvəzedicilirən komandası ilə mübarizə aparmaqı qərar verdilər. Lakin pandemiya ücbatından klub hələdə Operativ qərargahdan zalların açılmaqı ilə bağlı xəbərləri gözləyir.
Komandanın yaranmasının təşəbbüskarı Royal Holdinq QSC-dir. Klub gələcəkdə Azərbaycan futzalına yerli oyunçuları bəxş edib tövhə vermək istəyir, Rusiya və Ukrayna kimi futzal ənənəsi olan ölkələrin futzal klubları ilə əməkdaşlıq edib gənc futzalçıları həmin klublara məşqlərə yollamağı planlaşdırır.
Qeyd edək ki, bu kluba sponsorluq edən Royal Holdinq QSC-in idarə heyyəti Xilə FK-ın fəaliyyəti ilə yaxından maraqlanır, klubun inkişafına xüsusi diqqət yetirir.
Oxşar xəbərlər
Azərbaycan klubunun oyunu təxirə salındı - Kütləvi yoluxma
"Xilə"nin matçında anlamlı addım - İki döyüşçüyə təşəkkürnamə
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klub bilindi - Qərar
Azərbaycan futzalında bir ilk yaşandı - Ata meydanda oğluna qalib gəldi
Elçin Məmmədovun komandası ölkə çempionatına buraxılmadı - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası