Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" Ayxan Abbasovu təbrik etdi -100-cü oyun
Xəbər verdiyimiz kimi “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, bu münasiblətlə prezident Riad Rəfiyev və əsas komandanın heyəti bugünki məşqdən öncə baş məşqçini təbrik edib. Rəfiyev Ayxan Abbasova “Sumqayıt”ın “100” nömrəli forma hədiyyə edib.
Qeyd edək ki, Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.
Oxşar xəbərlər
Ayxan Abbasov “Sumqayıt”la davam edəcək - Müqaviləsi yeniləndi
Ayxan Abbasov 100-ə çatdı - Premyer Liqa
Karyerasında 100-cü oyun - Premyer Liqada 30-cu qələbə
Ayxan Abbasov “Sumqayıt”da qalacaqmı?
Ayxan Abbasovdan yubiley oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası