reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Sabah"a qarşı -Azərbaycan Premyer Liqası


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. 

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ" və 16 xalla sonuncu sırada yer alan "Sabah" komandaları üz-üzə gələcəklər. 

Günün son qarşılaşması Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Keşlə"ni sınağa çəkəcək. 

Azərbaycan Premyer Liqası

XX tur

13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah”
Hakimlər:
 Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”

19:15. “Sumqayıt” – “Keşlə”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

Oxşar xəbərlər

Növbəti turun təyinatları açıqlandı - Azərbaycan Premyer Liqası
"Neftçi" və "Sabah" autsayderləri qəbul edəcək - Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqası: İki matçın təyinatları bilindi
Azərbaycan Premyer Liqasında V tura start veriləcək
"Qarabağ" - "Neftçi" oyunu Əliyar Ağayevə həvalə edildi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər