Abbasov Avropa çempionunu nokautla uddu -VİDEO
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, 27 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunan “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovu texniki nokautla məğlub edib.
Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. Bu görüş Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb.
Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.
Oxşar xəbərlər
"Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi - FOTO
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
MMA döyüşçümüz növbəti görüşünə çıxacaq
Nəriman qələbədən sonra ağladı - Ölən qardaşı üçün
Nəriman Adili döyüb 20-ci qələbəsini əldə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası