reklam
Bütün yarımfinalçılar bəlli oldu -
Sportfm.az xəbər saytı

Bütün yarımfinalçılar bəlli oldu -Çempionlar Liqası


Bu gün Çempionlar Liqasında son iki yarımfinalçı da müəyyənləşib.
Sportfm.az xəbər verir ki, 1/4 finalın ilk oyununda "Real" "Liverpul"a Madriddə 3:1 hesabı ilə qalib gəlib.
"Mançester Siti"yə İngiltərədə 1:2 hesabı ilə uduzan "Borussiya" isə adını yarımfinala yazdırmaq üçün son şanslarını Dortmundda istifadə edib. 
Qeyd edək ki, ötən gecə PSJ və "Çelsi" növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
14 aprel

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0 
İlk oyun - 1:3
13 aprel

"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
İlk oyun - 2:0

PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
İlk oyun - 3:2
"Mançester Siti" yarımfinalda PSJ, "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

Oxşar xəbərlər

“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər
“Bavariya” PSJ-yə qarşı - Çempionlar Liqası
"Real"dan 3 qol, "Borussiya"dan məğlubiyyət - Çempionlar Liqası
Çempionlar Liqasında mövsümün son püşk atıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər