Güləş yığmamızın heyəti açıqlandı -Avropa çempionatı
Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib.
Sportfm.az xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaqlar.
Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək. Digər çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.
Oxşar xəbərlər
Güləş yığmamızın heyəti açıqlandı - Dünya çempionatı
Milli komandamızın heyəti məlumdur - Avropa çempionatı
Yığmamız Avropa dördüncüsü oldu - Bir gümüş və üç bürünc medalla
Dörd güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Güləşçimiz erməniyə rəqib oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası