Güləş yığmamızın heyəti açıqlandı -Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında iştirak edəcək Azərbaycanın sərbəst güləş yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) təmsil edəcək.
Qeyd edək ki, noyabrın 4-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Rzazadə, Z.Bayramov, Yevloyev, Aşırov və İlyasov qüvvələrini sınayacaqlar. Ayın 6-da isə Vəlizadə, T.Byaramov, Abakarov vəNurməhəmmədov mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Dünya çempionatı
Azərbaycan güləşçilərinin adları açıqlandı - Bolqarıstan turniri
Vəlizadə Eloyana qarşı - Sərbəst güləşçilərin DÇ-də ilk rəqibləri müəyyənləşdi
Yığmamızın heyəti bilindi - Dünya çempionatı
Milli komandamızın heyəti məlumdur - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası