reklam
Yığmamız Avropa dördüncüsü oldu -
Sportfm.az xəbər saytı

Yığmamız Avropa dördüncüsü oldu -Bir gümüş və üç bürünc medalla


Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Sportfm.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçiylə qatılan yığmamız komanda hesabında 4-cü yeri tutub. Bir gümüş və üç bürünc medal qazanan komandamız 95 xal toplayıb və 3-cü pillədə qərarlaşan Gürcüstandan cəmi 1 xal geri qalıb. Yığmamıza ən çox xalı gümüş medala sahib çıxan Turan Bayramov (70 kq) qazandırıb - 20 xal. Bürünc medalı boynundan asan güləşçilərimiz - Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) hərəyə 15, beşinci yeri tutanlar - Əhmədnəbi Qvarzatilov (61 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) isə 10 xalı komandamızın hesabına yazıb. 

Rusiya 206 xalla birinci, Ukrayna isə 113 xalla ikinci olub.

Qeyd edək ki, millimiz bu dəfə Avropa çempionatına əsasən gənc güləşçilərlə qatılmışdı. Komanda üzvlərinin orta yaş həddi 23 idi.

Oxşar xəbərlər

Milli komandamız Avropada 3-cüdür - Uğur
Dörd güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Güləş yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
Yığmamız Türkiyədə üçüncü oldu - FOTO
Yığmamız Avropa üçüncüsü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər