reklam
Futzal yığmamız yerində sayır
Sportfm.az xəbər saytı

Futzal yığmamız yerində sayır


Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, ötən il açıqlanan reytinq siyahısı ilə müqayisədə ciddi dəyişiklik baş verməyib.

Planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalsa da, komandaların xal aktivində fərqlər diqqət çəkir. Rusiya və Portuqaliya xal itkisi ilə üzləşibsə, cədvəlin liderləri Braziliya, İspaniya, İtaliya, İran və Ukrayna aktivini zənginləşdirə bilib.
 
Azərbaycan millisinin isə xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.
 
İlk "onluq"
1. Braziliya - 1916
2. İspaniya - 1893
3. Rusiya - 1755
4. Argentina - 1706
5. İtaliya - 1643
6. İran - 1608
7. Portuqaliya - 1575
8. Ukrayna - 1479
9. Qazaxıstan - 1465
10. Azərbaycan - 1435
 
Apasport.az 

Oxşar xəbərlər

Futzal yığmamız yerində saymaqda davam edir
Futzal yığmamız mövqeyini qorudu
Yığmamız dünyanın ən güclü 10 komandası sırasında
Millimizin mövqeyi dəyişmədi
Dünya reytinqi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər