Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mükafatlar sahiblərinə təqdim olundu -VİDEO
Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün qalibi məlum olub.
Sportfm.az xəbər verir ki, 28-ci turun “Neftçi” – “Qarabağ” oyununda rəqibini 1:0 hesabı ilə məğlub edən “Neftçi” Azərbaycan çempionu adını qazanıb. “Dalğa Arena”da keçirilən son oyundan sonra 2020/2021-ci illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.
Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev iştirak edib. Mövsümü mükafatçılar sırasında başa vurmuş “Sumqayıt”, “Qarabağ” və “Neftçi” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar. Həmçinin 19 qolla Premyer Liqanın 2020/2021-ci illər mövsümünün ən məhsuldar oyunusu olan Namik Ələskərov xüsusi mükafata layiq görülüb.
Mərasimin sonunda “Neftçi” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.
Oxşar xəbərlər
Rövnəq Abdullayevin ən yaxın adamı getdi
“Sabah” AFFA U-10 Liqasının qalibi oldu - FOTOLAR
“Neftçi” kubokuna qovuşdu - FOTO
“Zirə” Super Liqanın qalibi oldu - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












.jpg)


Misli Premyer Liqası