reklam
“Sabah” AFFA U-10 Liqasının qalibi oldu -
Sportfm.az xəbər saytı

“Sabah” AFFA U-10 Liqasının qalibi oldu -FOTOLAR


AFFA-nın təşkil etdiyi AFFA U-10 Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, Üçüncü yer uğrunda oyunda “Mübariz” və “Vətən” komandaları qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən “Mübariz” komandası AFFA U-10 Liqasının bürünc medallarını qazanıb. Final qarşılaşmasında isə “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib. Həlledici oyunda rəqibi üzərində 3:2 hesablı qələbə qazanan “Sabah” AFFA U-10 Liqasının 2021/2022-ci illər mövsümün qalibi olub. Final qarşılaşmasından sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə AFFA U-9 və AFFA U-10 Liqalarının “fair-play” mükafatları təqdim olunub. Pərviz İsmayılov (“Neftçi”) U-9, Yusif Zeynalzadə (“Neftçi”) U-10 “fair-play” mükafatına layiq görülüblər. Ardınca liqada ilk üç yeri tutan komandalara - “Mübariz” və “Neftçi”yə medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok təqdim olunub. Mükafatları AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

 

Oxşar xəbərlər

Lənkəran klubu Həvəskarlar Liqasının qalibi oldu
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
“Keşlə” komandası liqanın qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər