reklam
Rəcəbov Karlsenlə üz-üzə -
Sportfm.az xəbər saytı

Rəcəbov Karlsenlə üz-üzə -Çempionlar Turu


Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Sportfm.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olub. Bu gün də eyni hesab qeydə alınsa, tay-brek oynanılacaq.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)

İlk oyun - 2:2

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

İlk oyun - 2,5:1,5

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. 

Oxşar xəbərlər

Rəcəbov tay-brekdə uduzdu - Çempionlar Turu
Rusiyalı şahmatçı ilə xallar yarı bölündü - Çempionlar Turu
Məmmədyarov Rəcəbovla üz-üzə - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Teymur Rəcəbov 5 görüş keçirəcək - "Opera Euro Rapid"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər