Rusiyalı şahmatçı ilə xallar yarı bölündü -Çempionlar Turu
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.
İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.
Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup
30 may
3-cü yer uğrunda, ilk görüşlər
Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)
Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
Oxşar xəbərlər
Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilmədi - “The FTX Crypto Cup”
Rəcəbov Karlsenlə üz-üzə - Çempionlar Turu
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Şahmatçılarımız bitkoin uğrunda yarışacaq - Çempionlar Turu
Məmmədyarov və Rəcəbov 1/4 finalda - Çempionlar Turu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası