reklam
AFFA uşaqları sevindirdi -
Sportfm.az xəbər saytı

AFFA uşaqları sevindirdi -AVRO-2020-nin biletləri ilə


AFFA Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı bir sıra qurumlara biletlərin ayrılması barədə qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, korporativ sosial məsuliyyət təşəbbüsü ilə "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, koronavirus pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) bitetlə təmin edilib.

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsinin iştirakı ilə sözügedən qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Bakıda ilk oyun - AVRO-2020
Danimarka azarkeşlərə icazə verdi - AVRO-2020
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıdakı yığmaların proqramı bilindi - AVRO-2020
AFFA daun sindromlu uşaqları təbrik etdi - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər