"Səbail"in müdafiəçisi "Qəbələ"də -RƏSMİ
"Səbail" futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Artıq onun yeni komandası da məlumdur. İsayev "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb.
"Qırmızı qaralar" bunadək Bayıl təmsilçisi ilə vidalaşan Urfan Abbasovu heyətinə qatıb.
Qeyd edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan Məqsəd İsayev 2013 - 2017-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018 - 2020-ci illərdə “Sabah”da çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.
2010 - 2017-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyan müdafiəçi U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. O, U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Oxşar xəbərlər
"Qəbələ" braziliyalı müdafiəçi aldı - 1+1 illik müqavilə
“Qəbələ”nin yeni transferi - Müqavilə
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO
"Qəbələ" Toqo millisinin üzvünü transfer etdi
Albaniya millisinin üzvü "Qəbələ"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası